İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

Bu nümayişlərdə yanvarın 8-də səhvən vurulan Ukrayna təyyarəsi hadisəsində ölənlər də anılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 16:24

Bu gün İranda cümə namazından sonra əksər şəhərlər ABŞ-ı pisləyən və hökuməti dəstəkləyən mitinq və nümayişlərin şahidi olub.

 

İnterAz SalamNews=a istinadla xəbər verir ki, paytaxt Tehran istisna olmaqla İranın əksər şəhərləri ABŞ-a qarşı mitinq və nümayişlərin şahidi olub.

 

Məlumata görə bu mitinq və nümayişlər eyni zamanda cümə namazlarından sonra Təbriz, Əhvaz, Həmədan, Yasuc, Məşhəd, Gülüstan, Semnan, Sənəndəc, Kermanşah, Qasim Süleymaninin dəfn edildiyi Kerman, Ərdəbil, Çahar-Mahal Bəxtiyari və sair əyalət və şəhərlərdə keçirlib.

 

Mitinq və nümayişlərdə ABŞ-ın bölgədəki siyasətini pisləyən, hökumətə, İranın Silahlı Qüvvələrinə və Sepah-a dəstək verən şüarlar səsləndirlib.

 

Bu nümayişlərdə yanvarın 8-də səhvən vurulan Ukrayna təyyarəsi hadisəsində ölənlər də anılıb.