Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 16:34

Almaniya kansleri Angela Merkel yanvarın 24-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert brifinqdə bildirib.

 

"Davosa səfərinin ardından kansler yanvarın 24-də İstanbula yola düşəcək. Orada Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparılacaq”, - o deyib.

 

A.Merkelin səfər proqramına Ərdoğanla birlikdə Alman-Türk Universitetinin yeni şəhərciyinin açılışı, biznes və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər daxildir.