Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

Bildirilib ki, Vladimir Putin cari ayın 19-da Berlində keçiriləcək Liviya ilə bağlı toplantıya qatılacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 17:13

Rusiya prezidenti Vladimir Putin Berlində Liviya münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq tərəflərin iştirakı ilə keçiriləcək toplantıya qatılacaq.

 

İnterAz Sputnik-ə istinadla xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

 

Bildirilib ki, Vladimir Putin cari ayın 19-da Berlində keçiriləcək Liviya ilə bağlı toplantıya qatılacaq.

 

Bu arada Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan "Milli Ordu"nun komandanı general Xəlifə Haftar Vladimir Putinə məktub ünvanlayaraq, ölkədəki münaqişənin həllində və nizamlanmasında göstərdiyi səylərə görə ona təşəkkür edib.

 

Qeyd edək ki, cari həftənin əvvəli Moskvada imzalanması nəzərdə tutulan Liviya atəşkəs anlaşması son anda general Xəlifə Haftarın Rusiyanın paytaxtını tərk etməsindən sonra həyata keçməmişdi.