Britaniya Livan hökuməti və parlamentində təmsil edilən Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

Britanya hökuməti Livan parlamentində 13 deputatla təmsil edilməsinə baxmayaraq, Hizbullahın siyasi cinahını da terror təşkilatları siyahısına daxil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 17:52

Britanya hökuməti Livan parlamentində 13 deputatla təmsil edilməsinə baxmayaraq, Hizbullahın siyasi cinahını da terror təşkilatları siyahısına daxil edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın Xəzinədarlıq Departamenti bəyanat verib.

 

Bildirilib ki, dövlət Hizbullahın bütün qanadlarını "terror təşkilatları" siyahısına daxil edib,  "Terrorizm və terrorizmin maliyyələşdirilməsi" qanununa şamil edib.

 

Əlavə edilib ki, bu qərardan sonra Hizbullahın Britaniyadakı əmlakı dondurulacaq.

 

Hizbullaha yaxın mənbələr isə Britaniyanın bu addımının heç bir demokratik əsası olmadığını, qərəzli addım olduğunu deyib və təşkilatın Britaniyada hər hansı bir əmlakının olmasını təkzib edib.

 

Qeyd edək ki, Hizbullah Livan hökumətində bir neçə nazirlə, həm də bu ölkə parlamentində 13 deputatla təmsil olunur. Bundan öncə Britaniya Hizbullahın yalnız hərbi qanadını "terrorçu" elan etmişdi.