Avstraliyanın turizm sənayesi ciddi itkilərə məruz qalacaq

İlin sonuna qədər turizm sənayesi 4,5 milyard Avstraliya dolları (təxminən 3 milyard ABŞ dolları) itirə bilər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 18:00

Avstraliyada baş verən təbii yanğınlar səbəbilə ölkəyə səyahət etməyi planlaşdıran xarici turistlərin sayı 10-20 faiz azalıb.

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Australian Financial Review” məlumat yayıb.

 

İlin sonuna qədər turizm sənayesi 4,5 milyard Avstraliya dolları (təxminən 3 milyard ABŞ dolları) itirə bilər.

 

“Avstraliya Turizm Xidmətləri İxracı Şurası” şirkətinin direktoru Piter Şelli nəşrə açıqlamasında əsas bazarlarda – ABŞ, Böyük Britaniya və Çində imtinaların çoxaldığını söyləyib.

 

Onun sözlərinə görə, xarici turistlər ölkə iqtisadiyyatına hər il 45 milyard Avstraliya dolları (təxminən 30 milyard ABŞ dolları) qazandırır.