Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

Fransa Səudiyyə Ərəbistanın Fars Körfəzi sahillərinə yaxın bölgələrdə böyük radar sistemləri quraşdırıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Yanvar 2020, 16:50

Fransa Səudiyyə Ərəbistanın Fars Körfəzi sahillərinə yaxın bölgələrdə böyük radar sistemləri quraşdırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Fransa rəsmi mənbələri məlumat veriblər.

 

Bildirilib ki, Fransa tərəfindən radar sistemlərinin burada yerləşdirilməsindən məqsəd ölkənin şərqindəki neft yataqlarının hava hücumlarından qorumaq məqsədi daşıyır.

 

Bundan öncə Fransa rəsmiləri xüsusi təyinatlı "Yaquar" qüvvələrindən Səudiyyəyə göndərildiyini bildirib.

 

İki gün öncə Fransa prezidenti Emmanuel Makron deyib ki, ölkənin "Şarl de Qoll" təyyarə daşıyan gəmisi Parisin hərbi əməliyyatları dəstəkləmək üçün Yaxın Şərqə göndəriləcək.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yenicə ölkəyə gələn iki min ABŞ qüvvəsinə görə ötən ay ilk mərhələ olaraq rəsmi Vaşinqtona yarım milyard dollar ödəniş edib.

 

Ötən ilin sentyabr ayında Yəmənlilərin Aramco-ya hücumundan sonra Səudiyyə Ərəbistanı ölkəyə əlavə ABŞ və Avropa hərbi qüvvələrinin gəlməsinə razılıq verib.