Türkiyədə yenidən güclü zəlzələ olub

Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Yanvar 2020, 15:48

Türkiyənin Manisa şəhərində 5.1 bal gücündə zəlzələ olub.

 

İnterAz xəbər verir ki, məlumatı Kandilli Rəsətxanası yayıb. 

 

Zəlzələ bu gün yerli vaxtla 14:26-da baş verib.

 

Yeraltı təkanların episentri Manisanın Kırkagac rayonunda 11.8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. 

 

Zəlzələ İzmir bölgəsində də hiss olunub.