İran Türkiyə və Suriya ordularının İdlibdə toqquşmasına münasibət bildirib

...Bəzi dövlətlərin Suriyanın İdlibdə apardığı hərbi əməliyyatla bağlı mövqeyini başa düşürük

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Fevral 2020, 12:12

İran Türkiyənin İdlibdə Suriya Ordusuna qarşılıq verməsinə münasibət bildirib.

 

İnterA SalamNews-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında Türkiyənin Suriya dövlətinin İdlibdə bağlı mövqeyini "başa düşüməyə" çağırıb.

 

İran rəsmisi deyib:

 

"Bəzi dövlətlərin Suriyanın İdlibdə apardığı hərbi əməliyyatla bağlı mövqeyini başa düşürük. Lakin onlar yaxşı olar rəsmi Dəməşqə icazə versinlər ki, bu dövlət və bu xalq özləri öz taleyini həll etsinlər."

 

O əlavə edib:

 

"Suriya Ordusunun öz ərazisində əməliyyat həyata keçirməyə haqqı çatır. Bu ərazilər terrora və radikal qruplaşmaların işğalına məruz qalıb. Bu, ölkənin vahidliyini təhdid edir. Hamı Suriyanın suverenliyinə və milli təhlükəsizlik məsələsinə hörmətlə yanaşmalıdır", deyə İran rəsmisi bildirib ki, bu münaqişənin həllinə qadir olan yeganə yol Astana danışıqlarıdır.

 

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi Suriya Ordusunun İdlibdəki hücumunda 4 əsgərinin öldüyünü və buna qarşılıq verdiyini bildirib.