Suriyanın şimal-şərqində ABŞ qüvvələrinin atəşi nəticəsində bir sakin həlak olub

Suriyanın Həsəka əyalətinin Qamışlı rayonu ərazisində ABŞ qüvvələri yerli sakinlərin müqavimətilə üzləşib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2020, 16:02

Suriyanın Həsəka əyalətinin Qamışlı rayonu ərazisində ABŞ qüvvələri yerli sakinlərin müqavimətilə üzləşib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Qamışlı rayonunun Xarbat-Ami və və Hamu-Şərq kədlərindən keçən ABŞ qüvvələri yerli sakinlərin müqavimətilə üzləşib.

 

Məlumata görə ABŞ qüvvələrinin atəşi bir sakinin yaralanması digərinin ölməsilə nəticələnib.

 

Məlumata görə ABŞ qüvvələri Suriya Ordusu qüvvələrinin olduğu postun yanından keçəndə, postdakı əsgərlərin eləcə də yerli sakinlərin müqavimətilə üzləşib.

 

Bundan sonra ABŞ təyyarələri bölgədə uçuşlar həyata keçirməyə başlayıb.

 

Qeyd edək ki, ABŞ Türkiyənin "Barış pınarı" əməliyyatından sonra Suriyadakı qüvvələrinin sayını 600-a endirib. ABŞ qüvvələri və kürd bölmələrinin çıxdığı bölgələrdə Suriya Ordusu və Rusiya hərbi polis qüvvələri yerləşib.