İsrail Suriya ərazisini raketlərlə hədəfə alıb, havadan müdafiə cavab verib

Havadan müdafiə raketlərin çoxunu havada zərərsizləşdirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 09:17

İsrail işğal etdiyi Colan ərazisindən Suriyanın paytaxtının ətraf rayonlarını bir neçə raketlə hədəfə alıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gecə saat 23.45 radələrində Colan səmasından Dəməşqin ətraf rayonları düşmən raketləri tərəfindən hədəfə alınıb.

 

Havadan müdafiə raketlərin çoxunu havada zərərsizləşdirib.

 

Əl-Kisvə bölgəsində bir obyekt raketlərin zərbəsinə məruz qalıb.

 

Bu hücumun xəsarət və tələfatı barədə hələ məlumat yoxdur.