Çindən kənarda koronavirusa yoluxanların sayı 500-ü ötüb

Qərb ölkələrindən ən çox kornavirusa yoluxanlar Almaniyada 16, Avstraliyada 15, Fransada 11 nəfər təşkil edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 09:44

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 500 nəfəri keçib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Çinin “CGTN” dövlət televiziyası məlumat yayıb.

 

Qeyd edilib ki, təsdiqlənmiş 63 mindən çox virusa yoluxmanın 505-i Çinin xaricindədir.

 

“South China Morning Post” qəzetində dərc edilmiş xəbərə görə, yoluxanlardan 218-i “Diamond Princess kruiz” gəmisindəki virus daşıyıcıları da daxil olmaqla Yaponiyada qeydə alınıb. Sinqapurda 60, Tayland və Cənubi Koreyada isə təxminən 30 nəfər yoluxub.

 

Qərb ölkələrindən ən çox kornavirusa yoluxanlar Almaniyada 16, Avstraliyada 15,  Fransada 11 nəfər təşkil edir.