Kərkükdə ABŞ qüvvələrinin olduğu qərargah raketlərlə hədəfə alınıb

Kərkükdə ABŞ qüvvələrinin olduğu "K-1" hərbi qərargahına bir neçə raket atılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 09:51

 Kərkükdə ABŞ qüvvələrinin olduğu "K-1" hərbi qərargahına bir neçə raket atılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat veriblər.

 

Bildirilib ki, ötən gün axşam saatlarında "K-1" qərargahına bir neçə katyuşa raketi atılıb.

 

ABŞ qüvvələrindən xəsarət alan olmayıb.

 

Bu hücumdan sonra ABŞ Hərbi Hava Qüvvələri bölgədə kəşfiyyat uçuşlarının sayını artırıblar.

 

Son aylarda İraqda ABŞ qüvvələrinin olduğu hərbi qərargahlar ara-sıra raketlərlə hədəfə alınır.