Səudiyyə Ərəbistanı Bin-Salmanla Netanyahunun görüşünü təkzib edib

Səudiyyə Ərəbistanı ölkənin birinci vəliəhdi Məhəmməd bin Salmanla İsrail baş naziri Benyamin Netanyahu arasında hərbi hansı bir görüşün planlaşdırıldığını təkzib edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 10:50

Səudiyyə Ərəbistanı ölkənin birinci vəliəhdi Məhəmməd bin Salmanla İsrail baş naziri Benyamin Netanyahu arasında hərbi hansı bir görüşün planlaşdırıldığını təkzib edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Farhan telekanala verdiyi açıqlamada deyib.

 

Səudiyyə Ərəbistanı rəsmisi birinci vəliəhd Məhəmməd bin Salmanla İsrail baş naziri Benyamin Netanyahu arasında görüşün planlaşdırılması iddasını təkzib edib və gündəmdə belə bir görüşün olmadığını vurğulayıb.

 

O bildirib ki, Səudiyyə Fələstinin yanındadır və Təl-Əvivlə heç bir əlaqəsi yoxdur.

 

Qeyd edək ki, İsrail son illərdə körfəz ərəb dövlətləri rəsmilərilə görüşləri və danışıqları artırıb. Benyamin netanyahu bundan öncə çıxışlarının birində böyük ərəb lideri ilə görüşəcəyini bildirmişdi. Fələstin hərəkatları əlaqələrin normallaşdırılması məqsədilə aparılan bu görüşləri xəyanət kimi qiymətləndirir.