Ərdoğan: Türkiyə Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

Kəşmir məsələsi toqquşma və ya təzyiqlə deyil, ədalətli şəkildə həllini tapmalıdır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 11:24

“Türkiyə ilə Pakistan arasında dostluq münasibətləri çox az ölkəyə və millətə nəsib olub”.

 

İnterAz-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan parlamentində çıxışı zamanı deyib.

 

Pakistanın inkişaf və islahat yolunda böyük addımlar atdığını bildirən Ərdoğanın sözlərinə görə, kəşmirlilərin azadlıqlarının əlindən alınmasının heç kimə faydası yoxdur: “Kəşmir məsələsi toqquşma və ya təzyiqlə deyil, ədalətli şəkildə həllini tapmalıdır. Türkiyə Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir"

 

Pakistanın Əfqanıstanda sülh prosesinə verdiyi müsbət töhfələri vurğulayan Ərdoğan qeyd edib ki, Türkiyə hər zaman terrorla mübarizədə Pakistana dəstək verəcək: “Müsəlman qardaşımızın dərdinə şərik çıxmaq vəzifəmizdir. Liviyadan Yəmənə qədər münaqişələrin olduğu hər yerdə Türkiyənin əsas məqsədi zülm və göz yaşının qarşısını almaqdır”.