ABŞ husilərə göndərildiyi deyilən silah yükünü müsadirə etdiyini bildirib

ABŞ hərbi qüvvələri iddia ediblər ki, onlar Ərəb dənizində İrandan husilərə göndərilən silah yükünü müsadirə ediblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 11:36

ABŞ hərbi qüvvələri iddia ediblər ki, onlar Ərəb dənizində İrandan husilərə göndərilən silah yükünü müsadirə ediblər.

 

İnterAz bu barədə SalamNews-a istinadla xəbər verir.

 

ABŞ-ın Mərkəzi Əməliyyatlar Komandanlığı iddia edib ki, onlar Ərəb dənizində İrandan husilərə göndərilən bir silah yükünü müsadirə ediblər.

 

İddia edilib ki, silah yükü əsasən İran istehsallı olan zirehli texnikalar əleyhinə raketlərdir. Onların arasında havadan müdafiə raketlərinin olduğu da iddia edilib.