ÜST: Dünya əhalisinin 2/3-si koronavirusa yoluxa bilər

İ. Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 12:13

Dünya əhalisinin 2/3-si koronavirusa (COVID-19) yoluxa bilər.

 

İnterAz-ın RİA "Novosti" istinadən verdiyi xəbərə görə, bu barədə Çində virusun yoluxma imkanlarını araşdıran Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi İra Longini bildirib.

 

O bildirib ki, milyardlarla insanın koronavirusa yoluxması mümkündür: “Elan edilən karantinlər koronavirusun yayılmasını ləngidə bilər. Ancaq bu virusun Çində və digər ölkələrdə sürətlə yayılma potensialı böyükdür”.

 

İ. Longininin hesablamalarına əsasən, virusa yoluxmuş bir insan xəstəliyi iki-üç nəfərə ötürə bilir.

 

“Sürətli testlərin olmaması və bəzi insanlarda infeksiyanın nisbi yumşaqlığı onun yayılmasını izləməyi çətinləşdirir. Virusun yayılmasını azaltmaq üçün vasitə olsa belə, demək olar dünya əhalisinin 2/3-sinin bu virusa yoluxma təhlükəsi var. Karantin virusu dayandırmaq iqtidarında deyil”, - deyə tədqiqatçı vurğulayıb.