Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 12:33

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

 

İnterAz-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

 

Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.