Əfqanıstanda mədrəsədə partlayışda beş uşaq həlak olub

Əfqanıstanın Qunduz əyalətində törədilən partlayışda beş uşaq həlak olub, üçü yaralanıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 13:02

Əfqanıstanın Qunduz əyalətində törədilən partlayışda beş uşaq həlak olub, üçü yaralanıb.

 

İnterAz-ın məlumatına görə, “Tolo News” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə fevralın 13-də axşam baş verib.

 

Mədrəsədə quraşdırılmış partlayıcı işə düşüb. Hadisə qurbanlarının hamısı mədrəsədə təhsil alan uşaqlardır.

 

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.