Əlcəzair Suriyanın Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib

Əlcəzair hökuməti Suriya dövlətinin Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 13:13

 Əlcəzair hökuməti Suriya dövlətinin Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Sabri Budaqim deyib.

 

Əlcəzairin XİN rəhbəri Ərəb Dövlətləri Liqasından istəyib ki, Suriya dövlətinin ƏDL-dəki üzvlüyünün dondurulmasına son qoysun və bu dövləti yenidən təşkilatda təmsil edilməsini təmin etsin.

 

Qeyd edək ki, ötən il ƏDL-ə rəhbərlik edən Tunis ərəb ölkələrini Suriya dövlətinin qayıtması ilə bağlı razı sala bilməyib.

 

Cari ildə ƏDL-in rəhbərliyi Əlcəzairə keçəcək. Əlcəzair hökuməti rəsmi Dəməşqin ƏDL-ə geri çağırılması ilə bağlı səy göstərəcəyini bəyan edib.

 

Qeyd edək ki, Suriya münaqişəsinin ilk illərində ƏDL rəsmi Dəməşqi üzvlüyündən çıxarıb və onun kürsüsünü müxalifətə vermişdi.