Türkiyənin xəbərdarlığına baxmayaraq Suriya Ordusu İdlibdə irəliləyib

Suriya Ordusu Hələb-İdlib yolunu kəsib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 13:50

Suriya Ordusu Hələb-İdlib yolunu kəsib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

 

Əlavə edilib ki, Suriya Ordusu "M5" adlı Dəməşq-Hələb yolunu tam nəzarətə götürdükdən sonra, Hələb-İdlib yolunu da kəsib.

 

Məlumata görə Suriya Ordusu bu gün İdlibdə əl-Ətarib qəsəbəsi istiqamətdə irəliləyib. Bu istiqamətdə bir hərbi qərargahın və bir kəndin radikal qruplaşmalardan geri alındığı deyilir.

 

Eyni zamanda Türkiyə tərəfi də ordu topxanasının İdlibdə Suriyanın hökumət qüvvələrinin mövqelərini vurduğunu bildirib.

 

Hazırda İdlib əyalətinin şərqi və Hələbin qərbi döyüşlərin şahididir.

 

Türkiyə rəsmiləri bundan öncə Suriya Ordusuna "müxalifət"in mövqelərinə hücumla bağlı xəbərdarlıq etmişdilər.