Pentaqon nüvə üçlüyünün modernləşdirilməsinə ehtiyac olduğunu bildirib

ABŞ Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar bu silahlardan qorunmağa hazır olmalı və "cavab zərbəsi sistemi" təklif etməlidir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 14:05

Pentaqonun satınalma və texniki köməkçisi Alan Şaffer bildirib ki, Rusiya silahlarının təhdidi fonunda ABŞ nüvə müqavimət potensialını qorumalı və nüvə üçlüyünü inkişaf etdirməlidir.

 

İnterAz xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

Onun sözlərinə görə, belə bir silah Amerika üçlüyünü "təhdid edən təzyiq" vasitəsidir.

 

"Məhz buna görə üçlüyün modernləşdirilməsi çox vacibdir", o deyib.

 

ABŞ Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar bu silahlardan qorunmağa hazır olmalı və "cavab zərbəsi sistemi" təklif etməlidir.