Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 14:25

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub.

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu gün Çinin Maliyyə nazirinin köməkçisi Ou Venxan bildirib ki, koronavirusla mübarizəyə 80,5 milyard yuan (11,5 milyard dollar) məbləğində vəsait ayrılıb.

 

O qeyd edib ki, epidemiya ilə mübarizədə faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib.