Putin yeni Antikorrupsiya Şurasının tərkibini təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Şurasının yeni tərkibini və rəyasət heyətini təsdiqləyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 14:17

Rusiya Prezidenti Vladimir Putin Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Şurasının yeni tərkibini və  rəyasət heyətini təsdiqləyib.

 

İnterAz-ın məlumatına görə, bu barədə fərman hüquqi  portalda dərc olunub.

 

Şuraya üzvlüyü istintaq komitəsinin sədri Aleksandr Bastırkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Daxili İşlər Naziri Vladimir Kolokoltsev qoruyub.

 

Rusiya Baş Prokuroru İqor Krasnov şura və rəyasət heyətinin tərkibinə qatılıb.

 

Şuranın yeni üzvləri Əmək və sosial müdafiə naziri Anton Kotyakov, prezidentin köməkçisi Maksim Oreşkin, Moskva meri Sergey Sobyanin və Ədliyyə naziri Konstantin Çuyçenko olub.