Suriya müxalifət mənbələri İsrailin hücumunda 4 iranlı zabitin öldüyünü iddia ediblər

"İsrailin ötən gecə Dəməşqin ətrafına hücumunda 7 hərbçi ölüb ki onlardan 4-ü iranlı zabitlərdir."..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 14:51

"İsrailin ötən gecə Dəməşqin ətrafına hücumunda 7 hərbçi ölüb ki onlardan 4-ü iranlı zabitlərdir."

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə müxalifət yönümlü "Suriya İnsan Hüquqları Müşahidəçi Mərkəzi" iddia irəl sürüb.

 

Mərkəzi qərargahları Londonda yerləşən bu monitorinq qrupun rəhbəri Rami Əbdürrahman Səudiyyə Ərəbistanın əl-Hədas telekanalına verdiyi müsahibədə iddia edib ki, İsrailin ötən gecəki hücumunda 3 suriyalı və 4 iranlı hərbçi ölüb.