İranda koronavirusa yoluxan iki nəfər ölüb

İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Fevral 2020, 20:47

İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfərin öldüyü açıqlanıb. 

 

İnterAz RİA “Novosti”yə  istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin müşaviri Əlirza Vahabzadə məlumat verib. 

 

"Bu gün Qumda hər iki şəxsə koronavirusa yoluxma diaqnozu qoyulub və onlar eyni virusdan ölüblər", - o qeyd edib.  

 

İran Səhiyyə Nazirliyi son 2 gün ərzində bir neçə yeni koronavirus şübhəsi ilə müayinə olunan şəxslərin olduğunu açıqlayıb.