Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərə gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana bir günlük səfərə gələcək.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Fevral 2020, 11:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana bir günlük səfərə gələcək.

 

İnterAz xəbər verir ki, bu barədə  Türkiyə prezidenti administrasiyasından məlumat verilib.

 

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək.