İranda koronavirus nəticəsində ölənlərin sayı artıb

Nazirlik rəsmisi İranda indiyədək 43 nəfərin yeni koronavirusa yoluxduğunu təsdiqləyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2020, 14:08

İranda yeni koronavirus (Covid 19) nəticəsində dünyasını dəyişənlərin sayı 8 nəfərə çatıb.

 

İnterAz xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

 

K.Cahanpurun sözlərinə görə, ötən bir sutka ərzində 3 nəfər koronavirus nəticəsində həlak olub.

 

Sözçü əlavə edib ki, bir gün ərzində daha 15 nəfərin yeni virusa yoluxması qeydə alınıb.

 

Cahanpurun sözlərinə görə, 15 nəfərin 7-i Qum şəhəri, 4 nəfəri Tehran şəhəri, 2 nəfəri Gilan vilayəti, 1 nəfəri Mərkəzi vilayəti və 1 nəfəri Mazandaran vilayətindədir.

 

Nazirlik rəsmisi İranda indiyədək 43 nəfərin yeni koronavirusa yoluxduğunu təsdiqləyib.