20 Yanvar faciəsinin baiskarlarından Dmitri Yazov vəfat edib

SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Fevral 2020, 10:44

SSRİ-nin sonuncu marşalı, Müdafiə naziri Dmitri Yazov 95 yaşında vəfat edib.

 

İnterAz-ın xəbərinə görə, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, D. Yazov fevralın 25-i Moskvada uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıya qoşun yeridilərək dinc əhaliyə qarşı törədilən qırğına rəhbərlik edən əsas şəxslərdən biri olub.