Ceki Çan koronavirusa görə karantinə alınıb

65 yaşlı aktyorun olduğu tədbirdə qonaqların birində koronavirus aşkar edilib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 25 Fevral 2020, 16:49

Koronavirusu müalicə edə biləcək dərman ixtira edən şəxsə bir milyon yuan (243 min AZN) mükafat təyin edən məşhur aktyor Ceki Çan koronavirusa görə karantinə alınıb.

 

İnterAz xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

 

Belə ki, 65 yaşlı aktyorun olduğu tədbirdə qonaqların birində koronavirus aşkar edilib.

 

Bu səbəbdən Ceki Çan da digər qonaqlarla birlikdə karantinə alınıb.