ABŞ-da koronavirusa qarşı peyvəndin hazır olacağı vaxt açıqlanıb

ABŞ-da koronavirus peyvəndi bir ay yarım ərzində insanlarda sınaqdan keçirilə bilər, kütləvi istifadə üçün il yarımdan sonra hazır olacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Fevral 2020, 12:02

ABŞ-da koronavirus peyvəndi bir ay yarım ərzində insanlarda sınaqdan keçirilə bilər, kütləvi istifadə  üçün il yarımdan sonra hazır olacaq.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Milli Səhiyyə İnstitutunun direktoru Antoni Fauçi bildirib.

 

"Bir ay yarım ərzində insanlar üzərində sınaqlara başlaya biləcəyimizi təxmin edirəm",  deyə Fauçi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, ümumiyyətlə, peyvənd testinin ilk mərhələsi təxminən üç aya yaxın davam edəcək. Bu mərhələdə peyvənd 45 nəfər, növbəti mərhələdə - "yüzlərlə, hətta minlərlə insan üzərində" sınaqdan keçiriləcək:

 

"Hər şey hətta raket sürəti ilə həyata keçirilsə bu proses 6-8 ay çəkəcək. Buna görə də geniş istifadə üçün peyvənd bir il yarıma hazır olacaq".