İsrail Suriya Ordusunun mövqelərinə aviazərbələr endirib, yaralananlar var

İsrail hərbi helikopterləri ötən gün Suriya Ordusunun Qunaytara əyalətindəki mövqelərinə aviazərbələr endirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 28 Fevral 2020, 09:42

 İsrail hərbi helikopterləri ötən gün Suriya Ordusunun Qunaytara əyalətindəki mövqelərinə aviazərbələr endirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrailin hərbi helikopterləri ötən gün işğal edilmiş Colan Yüksəklikləri səmasından Suriya Ordusunun Qunaytara əyalətindəki mövqelərini hədəfə alıblar.

 

Bu hava zərbələri nəticəsində ordunun 3 əsgərinin yaralandığı bildirilib.

 

Qeyd edək ki, Suriyanın havadan müdafiə sistemləri bu hava zərbələrinə reaksiya verməyib.

 

İsrail ötən həftədə də Dəməşq ətrafında Fələstinin "İslami Cihad Hərəkatı"nın mövqelərini hədəfə aldığını bildirmişdi.