Koronavirusun dünyada yayılma müddətinin son tarixi açıqlanıb

Koronavirus azı iyun ayına qədər bütün dünyada yayılmağa davam edəcəkdir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Mart 2020, 13:50

 Koronavirus azı iyun ayına qədər bütün dünyada yayılmağa davam edəcəkdir.

 

İnterAz RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə üzrə Dövlət Komitəsinin xüsusi ekspert komissiyasının rəhbəri Çjuan Nanşanya açıqlama verib.

 

Nanşanın sözlərinə görə, əgər indi bütün dünya Çindən koronavirusun ixracı ilə mübarizə aparırsa, gələcəkdə vəziyyət dəyişə bilər, ölkələr artıq xəstəliyin öz ərazilərindən yayılmaması ilə mübarizə aparacaqdır.

 

Mart ayında Avstraliya alimləri koronavirusun yayılması ilə bağlı ən pis ssenarini yayımlayaraq epidemiyanın mümkün nəticələrini təqdim ediblər.

 

Mütəxəssislərin fikrincə, əgər hadisələr fəlakətli şəkildə irəliləyərsə COVID-19 virusu nəticəsində ölənlərin sayı bir il ərzində 68 milyon nəfərə çatacaq.