Koronavirusun ən təhlükəli əlaməti açıqlanıb

Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Mart 2020, 13:58

Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.

 

İnterAz xəbər verir ki, bu barədə RT-yə açıqlamasında rusiyalı həkim, Moskvada 40 nömrəli kliniki xəstəxananın baş həkimi Denis Protsenko məlumat verib.

 

O bildirib ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.

 

“Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır”, - deyə o bildirib.

 

Protsenko qeyd edib ki, əksər xəstələrdə koronavirus “parasetamol”un qəbulu ilə öz-özünə keçir.