İtalyanlar AB bayraqlarını Rusiya bayrağı ilə əvəz edir

İtaliya sakinləri koronavirusla mübarizədə göstərdikləri köməyə görə Rusiyaya minnətdarlıqlarını bildiriblər...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Mart 2020, 16:45

İtaliya sakinləri koronavirusla mübarizədə göstərdikləri köməyə görə Rusiyaya minnətdarlıqlarını bildiriblər.

 

İnterAz xəbər verir ki, internetdə yayımlanan bir videoda italyanın Avropa Birliyinin bayrağını götürərək yerinə Rusiya bayrağı sancdığı yer alır.

 

Frederiko Kane epidemiyaya qarşı mübarizədə ölkəyə kömək etmədiyi üçün AB bayrağını çıxarmağa qərar verdiyini bildirib.

 

Eyni zamanda, Rusiya Federasiyası və Prezident Vladimir Putinə çətin gündə göstərdiyi dəstəyə görə təşəkkür edib.

 

"Biz belə düşünürük: dostlar çətin gündə tanınar. Prezident Putinə, Rusiyaya təşəkkür edirəm", o deyir.