Səudiyyə koronavirusla bağlı qadağaları sərtləşdirib, şəhərlərarası nəqliyyat tam dayanıb

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 800-dən artıqdır...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 25 Mart 2020, 15:19

Səudiyyə Ərəbistanı hökuməti koronavirusla bağlı qadağaları sərtləşdirərək, şəhərlərarası nəqliyyatı tam şəkildə dayandırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu, kral Salman bin Əbdüləzizin koronavirusla bağlı yeni addımları ehtiva edən qərarında yer alıb.

 

Yeni qərara əsasən koronavirusla mübarizədə əlavə məhdudiyyətlər nəzərdə tutulub və şəhərlərarası nəqliyyatın növbəti elana qədər tam şəkildə dayandırılması, sakinlərin şəhərlərdən çıxması və digər bölgələrə səfəri tam şəkildə qadağan edilib.

 

Qərar xüsusi təyinatlı avotomobil və şəxslərə şamil edilməyib və bu gün saat 15-dən qüvvəyə minir.

 

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 800-dən artıqdır.