Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 08:18

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 59 nəfərə çatıb.

 

İnterAz-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, son gün ərzində 15 koronaviruslu xəstə ölüb və 5035 şübhəli koronavirus testindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.

 

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.