Merkelin ikinci koronavirus testi də mənfi nəticə verib

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 11:02

Almaniya kansleri Angela Merkel ikinci dəfə koronavirus testindən keçib və nəticələr yenə də mənfi çıxıb.

 

İnterAz xəbər verir ki, bu barədə yerli “N-TV” telekanalı AFR hökumətinin nümayəndəsinə istinadən məlumat berib.

 

“Kansler əvvəlki kimi ev karantini şəraitində işləyir və növbəti həftənin əvvəlində daha bir test verəcək”, - deyə məlumatda qeyd olunub.

 

Merkel birinci testini bazar ertəsi günü vermişdi, onun cavabı elə həmin gün məlum olmuşdu.