İspaniyada koronavirusa görə fövqəladə rejimin müddəti uzadılıb

...martın 14-də elan edilən və martın 29-da bitməsi nəzərdə tutulan rejim aprelin 11-dək uzadılıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 11:38

Koronavirus pandemiyasına (COVİD-19) görə İspaniyada fövqəladə rejimin müddəti uzadılıb.

 

İnterAz Anadolu Agentliyinə istinadən xəbər verir ki, martın 14-də elan edilən və martın 29-da bitməsi nəzərdə tutulan rejim aprelin 11-dək uzadılıb.

 

Bununla bağlı ölkə parlamentində səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, 15 günlük rejim daha iki həftə uzadılıb. Fövqəladə rejimlə əlaqəli ölkədə ancaq xəstəxanalar, apteklər və marketlər açıq olacaq. Metro, avtobus, qatar və təyyarə səfərlərinin sayı da azaldılıb.

 

Eyni zamanda fövqəladə rejimin tələblərini pozanlar cərimə edilir.