Rusiyada koronavirusa yoluxma hallarının sayı 840-a çatıb
Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 12:19
Rusiyada martın 26-da koronavirusa yoluxma ilə bağlı 182 fakt qeydə alınıb.
İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahı məlumat yayıb.
Bildirilib ki, yoluxma Rusiyanın 56 regionunda qeydə alınıb. Ümumilikdə isə martın 26-dək ölkə ərazisində 840 yoluxma müəyyən olunub, onlardan 38 nəfər sağalıb.