İranda xüsusi karantin rejimi elan olunub

Koronavirus təhlükəsi ilə əlaqədar İranda xüsusi karantin rejimi elan olunub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 13:23

Koronavirus təhlükəsi ilə əlaqədar İranda xüsusi karantin rejimi elan olunub.

 

İnterAz-ın Ria Novosti-yə istinadən məlumatına görə, bu barədə İran Daxili İşlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib.

 

H. Zülfüqari deyib ki, bu gündən bütün səfərlər ləğv olunur.

 

“Bütün parklar, təhsil müəssisələri bağlanacaq. İnsanların toplaşdığı bütün tədbirlər qadağan olunur”, - deyə nazir müavini vurğulayıb.

 

O qeyd edib ki, qaydaları pozan sürücülərin  avtomobili saxlanılacaq və 500 min tümən məbləğində cərimə olunacaq, qaydaları pozan məişət obyektləri və mağazalar isə bir ay müddətinə bağlanacaq.