İranda koronavirusdan sağalmış xəstələrin sayı 10 457 nəfərə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan 157 nəfər ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 14:18

İranda son sutka ərzində yeni növ koronavirusdan 157 nəfər ölüb.

 

İnterAz-ın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 2234 nəfərə çatıb.

 

O qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 29 406 nəfərə yüksəlib.

 

“Son 24 saat ərzində 2389 nəfər koronavirusa yoluxub. Bu günədək İranda koronavirusa yoluxmuş 10 457 nəfər sağalıb”, - deyə K. Cahanpur vurğulayıb.