Fransa və Çexiya İraqdakı qüvvələrini çıxarmağa başlayıblar

Qasim Süleymaninin terror edilməsindən sonra İraq parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2020, 15:29

ABŞ-ın başçılıq etdiyi “İŞİD-ə qarşı hərbi koalisiya”da olan bəzi ölkələr İraqdakı qüvvələrini çıxarmağa başladıqlarını bildiriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Mətbuat xidmətinin rəhbəri general-mayor Əbdül-Kərim Xələf məlumat verib.

 

İraq rəsmisi bildirib ki, anlaşmaya əsasən Fransa qüvvələri ölkə ərazisini tərk etməyə başlayıblar.

 

Eyni zamanda Çexiya rəsmi mənbələri də koronavirusun təhlükəsiznin artmasına görə İraqdakı qüvvələrini çıxartmağa başladığını açıqlayıblar.

 

Əbdül-Kərim Xələfin sözlərinə görə İraq ordusu ABŞ koalisiyasının nəzarətindəki əl-Qaim bazasını da rəsmən təhvil alıb.

 

Eyni zamanda əl-Məyadin telekanalı bildirib ki, Nineva əyalətində ABŞ qüvvələrinin olduğu əl-Qiyarə qərargahı yerli qüvvələrə təhvil verilməyə başlayıb.

 

Qeyd edək ki, Qasim Süleymaninin terror edilməsindən sonra İraq parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib.