Yəmən müharibəsinin 5-ci ildönümündə Səudiyyə atəşkəsə razı olduğunu bildirib

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya Yəməndə atəşkəsə razı olduğunu bildirib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2020, 15:51

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya Yəməndə atəşkəsə razı olduğunu bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu koalisiyanın mətbuat xidmətinin rəhbəri Türki əl-Maliki deyib.

 

Əl-Maliki bildirib ki, Səudiyyə koalisiyası (mərkəzi qərargahları cənubda Ədən şəhərində yerləşən) Yəmən hökumətinin BMT-nin atəşkəs çağırışına müsbət cavab verməsini alqışlayır və atəşkəsin bərpa edilməsinə razılıq verir.

 

Bunun ardından mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmənin "Ali Sİyasi Şura"sının sədri Məhəmməd-Əli əl-Husi də qarşı tərəfin atəşkəsə razılıq verməsini alqışlayıb və vədlərin əməldə həyata keçirilməsini istəyib.