KİV: Rusiyanın tanınmış müğənnisi Lev Leşenko koronavirusa yoluxub

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşenkonun koronavirusa yoluxması təsdiqlənib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 26 Mart 2020, 16:09

Rusiya və keçmiş SSRİ-nin tanınmış müğənnisi Lev Leşenkonun koronavirusa yoluxması təsdiqlənib.

 

İnterAz-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, həkimlər Leşenkonun səhhətinin çox ağır olduğunu bildiriblər. O, hazırda reanimasiya şöbəsindədir. 

 

Qeyd edək ki, bir müddət əvvəl Lev Leşenkoda ağciyərin iltihabı aşkar edilmişdi. Dünən koronavirusla bağlı aparılan testin nəticəsi martın 26-da müsbət olub. Leşenko həyat yoldaşı ilə birlikdə xarici səfərdən sonra xəstəxanaya yerləşdirilmişdi.