Çavuşoğlu və NATO baş katibi arasında telefon danışığı olub

Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 26 Mart 2020, 16:21

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

 

İnterAz-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nazirlə NATO baş katibinin telefon söhbəti zamanı yeni növ koronavirusla (COVİD-19) mübarizə məsələləri müzakirə edilib.

 

Məsələ ilə bağlı NATO-nun hansı tədbirləri görəcəyi, habelə 2-3 apreldə NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin birgə toplantısı da müzakirə olunub.