Çin koronavirus epidemiyasının sona çatdığını açıqlayıb

Çin hakimiyyəti ölkədə koronavirus epidemiyasının sona çatdığını elan edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Mart 2020, 17:47

Çin hakimiyyəti ölkədə koronavirus epidemiyasının sona çatdığını elan edib.

 

İnterAz Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fenq açıqlama verib.

 

“Martın 28-nə olan məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı üç mindən azdır. Beləliklə, Çində infeksiyanın yayılması dayandırılıb”,- deyə o, epidemiya ilə əlaqədər keçirilən brifinqdə bildirib.

 

Qeyd edək ki, indiyədək Çində “COVID-19” virusuna 82 minə yaxın yoluxma halı qeydə alınıb . 75576 nəfərin sağaldığı, 3300 nəfərin isə öldüyü bildirilib.