ABŞ-da 6,3 maqnitudalı zəlzələ olub

ABŞ-ın Aydaho ştatında 6,3 bal gücündə zəlzələ olub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Aprel 2020, 08:42

ABŞ-ın Aydaho ştatında 6,3 bal gücündə zəlzələ olub.

 

İnterAz “TASS”a istinadən bildir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri Boyse şəhərindən 151 kilometr şimali-şərqdə, ocağı isə 33 kilometr dərinlikdə yerləşib.

 

Mümkün dağıntı və tələfat barədə məlumat daxil olmayıb.