“Kurtlar vadisi”nin məşhur aktyoru Turhan Kaya koronavirusdan ölüb

T.Kayanın yaxın təmasda olduğu yaxınları da koronavirus testindən keçsə də, onlarda infeksiya aşkarlanmayıb....

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Aprel 2020, 11:40

“Kurtlar vadisi” teleserialının “Ordinarius” adı ilə tanınan qəhrəmanı, məşhur aktyor Turhan Kaya koronavirusdan dünyasını dəyişib.

 

İnterAz Milliyet-ə istinadən xəbər verir ki, 69 yaşlı aktyor İstanbulda vəfat edib.

 

Məlumata görə, o, 10 gün öncə öskürək şikayəti ilə xəstəxanaya müraciət edib.

 

T.Kayanın yaxın təmasda olduğu yaxınları da koronavirus testindən keçsə də, onlarda infeksiya aşkarlanmayıb.

 

Qeyd edək ki, Turhan Kaya “Min bir gecə” və “Çənbərimdəki qızılgül naxışı” seriallarındakı rolları ilə də ad qazanıb.