Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

Baş nazir bildirib ki, "xarici ölkələrdən fərqli olaraq şəhərlərin bağlanmayacaq"...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Aprel 2020, 16:06

Yaponiyanın Baş naziri Şinzo Abe, koronavirus COVID-19 pandemiyası ilə əlaqədar aprelin 7-dən ölkədə fövqəladə rejim tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

 

Onun açıqlamasını "NHK" yayımlayıb.

 

"Aprelin 7-də fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan etmək niyyətindəyəm", Abe bildirib.

 

İnterAz xəbər verir ki, rejim paytaxt Tokio və altı prefekturada tətbiq ediləcək.

 

Buraya Osaka, Fukuoka, Tiba, Kanagava, Saytama və Hyogo aiddir.

 

Baş nazir bildirib ki, "xarici ölkələrdən fərqli olaraq şəhərlərin bağlanmayacaq".