Ukraynada kişi 7 nəfəri güllələyərək öldürüb

...Hadisə Ukraynanın Jitomir vilayətində baş verib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 10:48

Ukraynada kişi şəxsi münaqişə zəminində 7 nəfəri güllələyərək öldürüb.

 

İnterAx xəbər verir ki, bunu “Facebook”da ölkənin daxili işlər nazirinin müavini Anton Geraşenkobildirib. 

 

Hadisə Ukraynanın Jitomir vilayətində baş verib. Öldürülən şəxslər göl sahilində istirahət edirmiş.

 

A.Geraşenkonun sözlərinə görə, kişi ov tüfəngi ilə öncə 2, daha sonra isə yatmış vəziyyətdə olan 6 nəfəri güllələyib. Həmin şəxslərdən 7 nəfər ölüb. Yalnız bir nəfər güllə səslərini eşidərək meşəyə qaçıb və sağ qalıb. 

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun kimliyi açıqlanmayıb. O, məhkəmə-psixiatrik ekspertizaya göndəriləcək.  

 

“Düşünürəm ki, məhkəmə 7 nəfəri həyatından edən insana ömürlük həbsdən başqa qərar verməyəcək”, - nazir müavini əlavə edib.

 

Faktla bağlı araşdırma aparılır.